Gürcüstanın Sülh naminə Həmrəylik Partiyasının nümayəndələri Moskva və Tiflis arasında viza rejimi məsələsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət ediblər.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
“Hörmətli Vladimir Vladimiroviç, sizə Gürcüstan vətəndaşları üçün viza rejiminin tamamilə ləğv edilməsi xahişi ilə müraciət edirik”, - müraciətdə qeyd olunub.
Bundan başqa, Putindən Rusiyada qalma qaydalarını pozan və ya deportasiya edilən Gürcüstan vətəndaşlarına amnistiya verilməsi də xahiş edilib.