İsrailin Müdafiə Ordusu Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlar zamanı daha səkkiz hərbçinin öldüyünü təsdiqləyib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Nazirlik onların hansı şəraitdə həlak olduğunu açıqlamır.
Son məlumatlar nəzərə alınmaqla Fələstin-İsrail münaqişəsinin yeni dövrü ərzində öldürülən İsrail hərbçilərinin ümumi sayı isə artıq 650-yə çatıb.