Britaniya şahzadəsindən xərçəng diaqnozu qoyulmasından sonra ilk paylaşım - FOTO

 

Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Keyt Midlton xərçəng diaqnozundan sonra ilk dəfə foto paylaşıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Midlton yaşıllıqda çəkdirdiyi pozanı paylaşaraq "Trooping The Color" tədbirinə qatılacağını açıqlayıb.

Müalicəsinin bir neçə ay daha davam edəcəyini bildirən Midlton özünü yaxşı hiss etdiyi günlərdə övladlarının məktəb həyatı ilə maraqlandığını da bildirib.

42 yaşlı Middleton əvvəlki vəzifəsinə qayıtmayacağını və yalnız yaxın aylarda müəyyən tədbirlərdə iştirak edəcəyini bildirib.

"Kimyaterapiyadan keçən hər kəs bilir ki, mənim yaxşı günlərim də olur, pis günlərim də. O pis günlərdə özünüzü zəif və yorğun hiss edirsiniz. Bədəninizin dincəlmək istəyinə təslim olmalısınız. Yaxşı günlərdə özünüzü güclü hiss edir və bundan həzz almaq istəyirsiniz"-  o deyib.

Billurə Yunus

0.30988001823425