3 NATO ölkəsi müharibəyə başlayır

 

Ukraynaya silah tədarükü üçün Polşa, Slovakiya və Rumıniyada NATO ərazisində üç böyük hərbi baza tikiləcək və bu bazalar Rusiya tərəfindən hərbi hədəfə çevriləcək.

Ölkə.Az xəbər verir ki, belə bir bəyanatla  Macarıstanın baş naziri Viktor Orban çıxış edib.

Orban bildirib ki, NATO Ukraynaya silah tədarükünü koordinasiya etmək üçün Avropada üç böyük hərbi baza yaratmağı planlaşdırır: "Bu məqsədlə də Polşa, Slovakiya və Rumıniyada NATO ərazisində üç böyük hərbi baza tikəcəklər. Kreml də bu bazaları birbaşa təhdid kimi görəcəyindən həmin bazalar birbaşa rus ordusunun hərbi hədəfinə çevriləcək".

Orban əlavə edib ki, bununla da bölgədə üç ölkə müharibəyə doğru irəliləyir.

Orban Macarıstanın münaqişə zonasının yanında olduğundan ölkənin təhlükəsizliyi üçün tədbir görülməli olduğunun zəruriliyini dilə gətirib.

Mürtəza
Ölkə.Az

0.72883486747742