G7 ölkələri Rusiyanı hədələdi

 

G7 ölkələri Rusiyanı Ukrayna münaqişəsində nüvə silahından istifadə ediləcəyi təqdirdə nəticələri ilə hədələyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyada keçirilən G7 sammitinin yekun bəyanatında bildirilib.

“Böyük yeddilik ölkələri vurğulayırlar ki, Rusiyanın Ukraynadakı münaqişədə kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarından istənilən istifadəsi ciddi nəticələrə səbəb olacaq”, - bəyanatda qeyd olunub.

Sənədin mətnində G7 əlavə olaraq Moskvanı “nüvə sınaqlarına qoyulan moratoriuma əməl etməyə” çağırıb.

 

0.22604584693909