Paşinyan O`Brayenlə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

 

"Bu gün Ermənistan və ABŞ arasında strateji dialoq üzrə keçirilən görüş iki ölkə arasında münasibətləri möhkəmləndirəcək".

Demokratikmusavat.com xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayenlə görüşündə deyib.

Paşinyan bu görüşün müxtəlif sektorlarda əməkdaşlığa yeni təkan verəcəyini vurğulayıb. O, həmçinin mayın 5-də Brüsseldə baş tutan Ermənistan-Aİ-ABŞ sammitinin nəticələrinin əhəmiyyətini qeyd edib və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyini bəyan edib.

O`Brayen əmin edib ki, ABŞ müxtəlif sahələrdə islahatların aparılmasında Ermənistana dəstəyini davam etdirəcək.

Həmsöhbətlər Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların gedişini, həmçinin Alma-Ata bəyannaməsinə əsaslanan delimitasiya prosesini müzakirə ediblər.

 

0.17578601837158