Laos lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

 

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokratikmusavat.com xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və xalqınıza ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənərək genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə davamlı əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

 

0.15582013130188