Məhkəmə Əhmədlə bağlı qərar verdi

 

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs müddəti uzadılıb.

Ölkə.az report-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində onun barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Xatırladaq ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

0.22658610343933