O'Brayenin İrəvana gözlənilən mübhəm səfəri

 

ABŞ  Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini,  Ceyms  O'Brayenin iyunun 11-12-də İrəvana səfərinin əsl məqsədi hələ ki, məlum deyil. Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilir ki, O'Brayen  iki  ölkə arasında strateji dialoqu çərçivəsində görüşlər keçirəcək. Görüşdə tərəflər ikitərəfli münasibətlərin dərinləşdirilməsi istiqamətində əldə edilmiş mühüm irəliləyişləri və gələcək addımları müzakirə edəcəklər. "Mən ikitərəfli münasibətlərdə əhəmiyyətli irəliləyişləri müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəyəm" deyə, ABŞ rəsmisi bildirib. 

"Ölkə.az" xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, O'Brayen Ermənistan və Azərbaycan arasında sülh sazişinə dəstəyini müzakirə edəcək. Səfər ərəfəsi o, “tezliklə sülhün erkən bağlanmasının şahidi olacağıq” deyib və Vaşinqtonun iki ölkənin xarici işlər nazirləri arasında bir neçə raund danışıqlar apardığını xatırladıb. Eyni zamanda o, əlavə edib ki, Ermənistan XİN rəhbərləri “yenidən görüşəcəklər” və “biz kömək etməyə hazırıq”.

ceyms_obrayen.jpg (22 KB)

ABŞ-ın bu cür optimizminin əsası nədir?  Politoloq Stanislav Tarasov Rusiya mediasına deyib ki, açıqlamanı müəmmalı hesab edir:  “Bir tərəfdən Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki,  sülh sazişi imzalanmaq üçün zaman yetişib, imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazırdır.  Bir tərəfdən də  deyilir ki, sülh sazişi layihəsində razılaşdırılmış müddəa var. Erməni tərəfi Azərbaycana və  Türkiyəyə qarşı ərazi iddiası olan əsas qanunu da dəyişmək istəmir.  O halda sual doğurur: O`Brayen İrəvanda konkret nə ilə bağlı danışıqlar aparacaq? Əgər o, Ermənistanı Azərbaycanın israr etdiyi Konstitusiyaya dəyişikliklər etməyə razı sala bilsə, bu, Nikol Paşinyan hökumətindən xeyli vaxt və kifayət qədər siyasi səylər tələb edəcək. Ona görə də yaxın bir ay ərzində tərəflər arasında sülh müqaviləsi imzalamaq mümkün olmayacaq. Azərbaycan öz tələblərindən əl çəksə, başqa məsələ... Amma sonra O`Brayen İrəvanla yox, Bakı ilə danışıqlar aparmalıdır. Ona görə də ola bilsin ki, o, İrəvanda Ermənistan liderləri ilə təkcə Azərbaycanla sülh müqaviləsi ilə bağlı deyil, açıqlanmayan digər məsələlərlə bağlı müzakirə aparsın”, - deyə Tarasov fikrini yekunlaşdırıb.

Musavat.com xatırladır ki, Ceyms O’Brayen bundan əvvəl  ABŞ-ın məhz sanksiyalar siyasəti üzrə koordinatoru olub. ABŞ Senatı onu  ötən ilin  oktyabrında dövlət katibinin köməkçisi vəzifəsinə təsdiqləyib.

2015-2017-ci illərdə (Barak Obamanın administrasiyası dövründə) O’Brayen ABŞ prezidentinin xaricdəki amerikalı girovların azad edilməsi üzrə xüsusi nümayəndəsi işləyib.

1703921858_photo_5222051474949919369_y.jpg (104 KB)1989-2001-ci illərdə isə əvvəl ABŞ dövlət katibi Madlen Olbraytın baş məsləhətçisi, sonra ABŞ Dövlət Departamentinin siyasət planlaşdırma departamentinin rəis müavini və Amerika prezidentinin Balkanlar üzrə xüsusi nümayəndəsi də olub.

Avropa və Avrasiya Bürosu ABŞ-ın Avropa, Türkiyə, Qafqaz regionu və Rusiya üzrə siyasi məsələləri koordinasiya edir.(musavat.com)

0.20287895202637