Danimarkanın baş naziri Mette Frederiksen hücuma məruz qalıb

 

Danimarkanın baş naziri Mette Frederiksen paytaxt Kopenhagendə bir nəfərin hücumuna məruz qalıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Kultorvet meydanında baş verən hadisədən sonra hadisəni törədən şəxs həbs edilib.

Baş nazirin ofisi Frederiksenin hücumdan sonra şoka düşdüyünü bildirib.

Polis Frederiksenin xəsarət alıb-almaması barədə hər hansı bir məlumat verməyib.

 

0.17151403427124