Qəzza zolağının mərkəzində yerləşən Nuseyratda BMT-nin məktəbinə hava hücumu zamanı Amerika istehsalı olan sursatlardan istifadə edilib.
"Ölkə.az" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, hücum zamanı GBU-39 markalı iki kiçik diametrli bombadan istifadə edilib.
Anklavın səhiyyə nazirliyinin sözçüsü bildirib ki, zərbə nəticəsində 45 nəfər ölüb.
Bəzi mənbələrdə məktəbə azı üç mərmi atıldığı bildirilib.