Ermənistandakı etirazlar belə nəticələnəcək – İsgəndəryan

 

Ermənistanda hazırkı etirazlar əvvəl-axır sönəcək, inqilaba hələ vaxt çatmayıb.

Demokratikmusavat.com xəbər verir ki, bunu erməni ekspert Aleksandr İsgəndəryan deyib.

Onun sözlərinə görə, indi Ermənistanda yaşananlar proqnoz oluna bilən idi, çünki hökumətlə kilsə arasında gərginlik uzun müddətdir davam edirdi.

Bununla belə, o, Paşinyanın devrilməyəcəyini deyib:

“Hökumətin reytinqinin düşməsi Fonunda müxalifət hərəkata yön verə bilmədi. Cəmiyyətdəki ümumi inamsızlıq siyasi sistemə yayıldı. Əhalinin böyük qismi nə iqtidarı, nə müxalifəti dəstəkləyir. İnsanlar sadəcə perspektiv görmürlər, onlar müxalifətin də hakimiyyətə gələcəyi təqdirdə bunun dəyişəcəyini gözləmirlər”.

İsgəndəryan bildirib ki, Qalstanyanın etirazlarının dayanması, prosesi sona çatdırmayacaq, sönən etiraz daha böyük aksiyalara gətirib çıxaracaq.(Globalinfo.az)

 

0.1467809677124