Dünyanı şəkilləndirəcək Azərbaycanın növbəti enerji layihələri - RƏY

 

"Enerji sahəsində yürüdülən uğurlu strateji siyasət təkcə Azərbaycanın iqtisadiyyatının inkişafı baxımdan deyil, bütövlükdə milli təhlükəsizliyinin, sabitliyin, suverenliyinin təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən konkret hədəflərə hesablanan enerji siyasəti və bu siyasətin cənab Prezident İlham Əliyev tədərəfindən uğurla icra edilməsi nəticəsində Azərbaycan qarşısındakı çox ciddi problemləri həll edə bildi. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, müasir dünyada ölkəmizin qarşısında duran ən mürəkkəb problem olan Ermənistan-Azərbaycan münaqişəsinə son verib, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu uğurların kökündə duran əsas faktorlardan biri Azərbaycanın  qlobal enerji təhlükəsizliyi sahəsində oynadığı rol olub. Bu sahədə həyata keçirilən uğurlu siyasət bu gün də davam etməkdədir. İyunun 4-dən etibarən öz işinə başlayan Bakı Enerji Həftəsi bunun bariz nümunəsidir".

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib.

Deputatın sözlərinə görə, 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"  o zaman Azərbaycanın üzləşdiyi hərtərəfli böhran vəziyyətindən çıxmasında yeni bir səhifə oldusa, ondan 30 il sonra 2024-cü ildə keçirilən Bakı Enerji Həftəsi isə bundan sonra ölkəmizin dünyada inkişaf edib inkişaf etmiş ölkələr sırasına qoşulması, gələcək milli təhlükəsizliyimizin daha da etibarlı şəkildə təmin olunması, dünyada ciddi nüfuza malik olub, beynəlxalq aləmdəki geosiyasi proseslərdə aktiv rol oynaya bilməsində müstəsna rola malik olması istiqamətində yeni bir səhifə açmış olacaq. "Bakı Enerji Həftəsinin keçirilməsi qlobal səviyyədə mürəkkəb geosiyasi proseslərin və böhranların hökm sürdüyü bir zamanda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı ilə yanaşı, bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin, yeni əməkdaşlıq formatının yaranmasına, o cümlədən ölkə iqtisadiyyatına davamlı investisiyaların yatırılmasına səbəb olacaq", - o qeyd edib.

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yürütdüyü siyasətin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu qeyd edən deputat bildirib ki, əgər indiyədək Azərbaycan Avropanı neft və qazla təmin etməklə enerji təhlükəsizliyində rol oynayırdısa, bundan sonrakı mərhələdə isə  alternativ və bərpa olunan enerji vasitəsi ilə bu rolunu davam etdirəcək: "Azərbaycan son illərdə  Avropanın qazla etibarlı şəkildə təmin olun xüsusi rol oynamaqdadır. Azərbaycan hazırda Avropanın altı ölkəsini qazla təmin edir və bu say növbəti illərdə artacaq. Bu istiqamətdə danışıqlar gedir. Ölkəmiz Avropanı qazla təmin olunması məqsədi ilə son  bir neçə ildə qaz ixracını sürətlə artırıb və bu proses davam etməkdədir. 2024-cü ildə bu həcmin  24 milyard kubmetrdən artıq olacağı proqnozlaşıdırılır. Məhz buna görə də bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb və bu, bir həqiqətdir.

Azərbaycan enerji sektorunda növbəti mərhələsi kimi qazıntı enerjisindən alternativ və bərpa olunan enerjiyə transformasiyanı qarşıya  hədəf qoyub. Azərbaycan alternativ və bərpa olunan enerjiyə keçidlə qlobal iqlim dəyişikliyinə öz töhfəsini verməyi hədəfləyir. Artıq bu sahədə ilkin uğurlu addımlar atılıb. Azərbaycan alternativ və bərpa olunan enerji sektorunun inkişafı etdirilməsidir. Yürüdülən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan  bu sahəyə də dünyada tanınmış ciddi xarici investorlar cəlb edə bilib və bu proses davam etməkdədir. Bu məqsədlə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Masdar” şirkəti ilə imzaladığı saziş əsasında  Azərbaycanda  üç günəş və külək enerjisi elektrik stansiyaları tikiləcək. Bunu da qazıntı yanacağından bərpa olunan enerji resurslarına transformasiyasının aktiv fazası hesab etmək olar. “Masdar” şirkəti ilə imzalanan müqaviləyə əsasən bərpa olunan enerjinin həcmini  2027-ci ilədək 2 qiqavata çatdırmaqdır və bu tamamilə real hədəfdir. Amma bu başlanğıcdır, növbəti mərhələdə bunu daha da artırmaq imkanları mövcuddur.

Bu toplantı təkcə ötən nailiyyətlərimizi ifadə etməklə kifayətlənmir, həm də sənaye sektorunu və dünyanı şəkilləndirəcək gələcək nailiyyətlər üçün körpü rolunu oynayır. Ümumiyyətlə bütün parametrlərinə görə Bakı Enerji Həftəsi beynəlxalq əhəmiyyət kəsb edən toplantıdır. Çünki bu gün dünyamızı ciddi narahat edən qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə bərpa olunan enerjiyə transformasiya prosesində böyük rol oynayacaq. Ona görə də Bakı Enerji Həftəsi beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edən toplantı kimi qiymətləndirilir. Bakı Enerji Həftəsinin beynəlxalq əhəmiyyəti ABŞ prezidenti Co Baydenin toplantı iştirakçılarına  ünvanladığı mürəciətddə əksini tapıb. Azərbaycanın  qlobal enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə verdiyi töhfənin yüksək dəyərləndirən ABŞ prezidenti məmnunluqla qeyd edib ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. Bayden qeyd edib ki, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir.

Ölkəmizin  Avropanın qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olduğunu bəyan edən Bayden əlavə edib ki, Azərbaycan öz enerji tarixində yeni səhifə açaraq təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqəti və sadiqliyi məndə məmnunluq doğurur. "Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər", - o qeyd edib.  

Vaşinqton əmindir ki, Bakıda keçirilən bu mötəbər tədbir  dayanıqlı slühə. sabitliyə və sıx əməkdaşlığın təmin olunmasına müstəsna rol oynayacaq.  O qeyd edib ki, bölgədə  ləyaqətli sülh sazişi Cənubi Qafqazı transformasiya edəcək və Azərbaycanın regiondakı rolunu fundamental şəkildə dəyişəcək. Bu bir daha onu sübut edir ki, Azərbaycanın COP29-a ev sahibliyi cənab Prezidentin  yürütdüyü  mütərəqqi siyasətin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir. Bu eyni zamanda beynəlxalq aləmin  iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə Azərbaycanın  ön sırada olacağına inamı və etimadıdır. 

Son olaraq onu qeyd etmək istərdim ki, bütövlükdə bu toplantı Azərbaycanın növbəti onilliklərdə qarşısında duran hədəflərə nail olunmasında  xüsusi rol oynayacaq.  Açılan bu yeni səhifə  Azərbaycanın dünyada  mövqelərinin  daha da möhkəmlənməsi,  qarşısındakı  hədəflərə nail olunması, əhalisinin isə sosial-rifah halında yaşaması ilə nəticələnəcək".

 

 

0.17863798141479