Ermənistanın baş naziri Nikol Paşinyan onunla velosiped sürməyi təklif edir. Amma bununla belə, o, dörd şərt irəli sürüb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Paşinyan feysbukda yazıb.
“Tez-tez demirəm, amma vaxtaşırı bunları edirəm. Kim qatılmaq istəsə, məmnuniyyətlə təşkil edəcəyəm. Amma qoşulmaq üçün dörd şərt var: velosipedə sahib olmaq, marşruta mən qərar verirəm, siyasiləşdirməmək, səhər saat 7-də geri qayıtmalıyam. Çünki iş günü başlayır.
Əgər qoşulmaq istəyirsinizsə, adınızı, telefon nömrənizi və velosipedlə şəklinizi [email protected] ünvanına göndərin”, - Paşinyan yazıb.