Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovu həyat yoldaşı məhkəməyə verib.
Yenixeber.org: Çovdarovla bağlı iddianı məhkəmədə Çovdarova İbadət Rza qızı qaldırıb. İşin mahiyyəti ailə münasibətləri üzrə mübahisədir. Ər-arvad arasında əmlak mübahisəsi tərəfləri məhkəməlik edib.
İş Bakı Apellyasiya Məhkəməsindədir. Tərəflər arasında növbəti proses 2 iyul tarixində baş tutacaq. Işə hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, aprel ayında da A.Çovdarovu ailə üzvləri – həyat yoldaşı, qızları və oğlu ilə yanaşı əlavə 60 nəfər zərərçəkən məhkəməyə vermişdi.