Təhlükəsizlik mənbələri sosial şəbəkələrdə və internet saytlarında FETÖ lideri Fətullah Gülənin Türkiyəyə gətirildiyi xəbərinin həqiqəti əks etdirmədiyini açıqlayıb. Bu arada FETÖ liderinin son görüntüsü üzə çıxıb.
Jurnalist Müyesser Yıldız iyunun 4-də yazdığı köşə yazısında FETÖ lideri Fətullah Gülənin ekstradisiya edildiyini iddia edib.
Demokratikmusavat.com xəbər verir ki, Müyesser Yıldız yazıb: "Pensilvaniyadakı mülkü boşaldılaraq oradan götürülən Fətullah Gülənin sağlamlıq durumu günlərdir danışılır və “ ölür, ölür ” deyilir .
Bu gün etibarilə gündəmə gələn son iddia isə odur ki, ABŞ-nin Güləni MİT-ə təhvil verdiyi, təyyarəsinin Türkiyəyə getdiyi və bu məlumatın hələlik gizli saxlanıldığı bildirilir".
Yıldız daha sonra qeyd edib ki, bu iddia doğrudur, yoxsa yox, biz bilə bilmərik".
Bu iddiadan sonra açıqlama verən təhlükəsizlik mənbələri Gülənin Türkiyəyə gətirildiyi xəbərinin həqiqəti əks etdirmədiyini bildiriblər .FETÖ səhifələrində paylaşılan görüntüdə Fətullah Gülənin son şəkli yer alıb.