Qazaxıstan ABŞ-ın təşəbbüsünü dəstəklədi

 

Qazaxıstan Birləşmiş Ştatların Yaxın Şərqlə bağlı sülh təşəbbüsünü dəstəkləyib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz Qazaxıstanın daimi mövqeyini bir daha təsdiq edirik. Uzun müddətdir davam edən münaqişənin yeganə həlli “iki xalq üçün iki dövlət” düsturu əsasında paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin yaradılmasıdır”, - məlumatda deyilir.

Ağ Evin sülh təşəbbüsü İsrail və HƏMAS arasında atəşkəs, girovların azad edilməsi, humanitar yardımın təmin edilməsi və daha sonra beynəlxalq ictimaiyyətin dəstəyi ilə Qəzza zolağının yenidən qurulmasını nəzərdə tutur.

0.15359997749329