Helikopter faciəsi ilə bağlı suallar çoxdur – İranlı ekspert

 

Helikopter faciəsi ilə ilə bağlı hələ də çoxlu suallar var. Dünya təcrübəsində belə bir hadisə, faciə baş verəndə hadisənin hərtərəfli araşdırılması, əsl səbəblərin üzə çıxarılması üçün vaxt lazım olur. İranın müvafiq qurumları hadisənin baş vermə şəraitini qeyd edib: birincisi pis hava şəraiti, ikincisi isə texniki səbəbdir.

"Ölkə.az" xəbər verir ki, bu sözləri iranlı ekspert Pouya Hüseyni erməni mediasına müsahibəsində deyib.

“Suallar çoxdur, indi əsl səbəbi bilmək hələ tezdir, çoxşaxəli araşdırmalar aparılmalı, bütün hallar öyrənilməlidir, əsl səbəbi zamanla biləcəyik. Digər dövriyyədə olan versiyalar isə çox zəifdir, çünki bunu sübut edəcək heç bir fakt aşkar olunmayıb və hadisənin başqa səbəblərdən baş verdiyinə dair fakt yoxdur”, - iranlı politoloq bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri 19 mayda Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb. Nəticədə Rəisi və İran XİN başçısı Hüseyn Əmir Abdullahian da daxil olmaqla, rəsmi şəxslər həlak olub.(Axar.az)

0.25324988365173