Gürcüstan şirkətlərinin bazar dəyəri sürətlə düşür: 1,6 milyardlıq ucuzlaşma...

 

Bu il mayın 1-dən iyunun 4-dək “xarici agentlər” haqqında qanunun qəbulu fonunda səhmləri London Fond Birjasında (LSE) ticarət olunan Gürcüstan şirkətlərinin bazar kapitallaşması 1,6 milyard funt sterlinq azalıb.

"Ölkə.az" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının eks-prezidenti, müxalif “Avropa Optimistləri” partiyasının təsisçisi Roman Qotsiridze bildirib.

Onu sözlərinə görə, səhmləri birjada ticarət olunan 3 şirkətin kapital itkisi 5,6 milyard lariyə - 1,6 milyard funt sterlinq təşkil edir. Bu isə həmin şirkətlərin dəyərinin 25 faizinə bərabərdir.
Qotsiridze şirkətlər üzrə itkiləri açıqlayıb: Bank of Georgia Groupun qiymətli kağızları 30,9 faiz, TBC Bank Group - 25,6 faiz, Georgia Capital (investisiya şirkəti, ikinci əsas aktivi Bank of Georgia Group Plc) – 29,8 faiz ucuzlaşıb.

Bu gün də LSE-də hərracların açılışından sonra bütövlükdə Gürcüstan şirkətlərinin səhmlərinin qiyməti enməkdə davam edir. Günortaya qədər, TBC Bank Group-un səhmləri 1,16 faiz, Bank of Georgia Group - 2,13 faiz, Georgia Capital - 2,34 faiz azalıb.

Birjanın məlumatına görə, iyunun 4-nə TBC Bank Group-un kapitallaşması 1,43 milyard funt-sterlinq, Bank of Georgia Group-un kapitallaşması 1,69 milyard funt-sterlinq, Georgia Capital-ın kapitallaşması 399,8 milyon funt-sterlinq təşkil edir.

0.20219707489014