ABŞ-nin Respublikaçılar Partiyasının nümayəndəsi Con Rouzin oğlu atasının çıxışı zamanı etdiyi hərəkətlərlə izləyiciləri güldürməyi bacarıb.
Demokratikmusavat.com xəbər verir ki, bu haqda məlumatı “AP” paylaşıb.
Əyləncə dolu görüntülərdə aşağıdakı başlıq qeyd olunub:
“Yəqin ki, izləyicilərdən kimsə bir kəlmə də başa düşmədi. Onun arxasında baş verənlərə necə laqeyd qalmaq olar?”
Belə ki, çıxış zamanı 6 yaşlı Qay Rouz dilini çıxarmağa, gözlərini çəpləşdirməyə, başını tərpətməyə və barmaqları ilə müxtəlif jestlər etməyə başlayıb.
Məlumata görə, bu balaca oğlan ötən həftə bağçaya getməyə son verdiyi üçün, atası onu özü ilə Konqresə aparmaq məcburiyyətində qalıb.
Diplomat oğlunun performansını bu cür şərh edib:
“Oğlum Qaya kiçik qardaşı üçün kameraya gülümsəməyi tapşırmışdım. Aldığım nəticə budur”.(Qafqazinfo)
/p>