İsrail qırıcıları Hizbullaha növbəti zərbə vurdu

 

İsrail qırıcıları Livanın cənubunda Hizbullah obyektlərinə növbəti dəfə zərbələr endirib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Naqura kəndi ərazisinə endirilən hava zərbəsi nəticəsində Hizbullahın hərbi qanadından bir radikal öldürülüb.

Bundan əlavə, Adaysa və Ait əş-Şaab yaşayış məntəqələri yaxınlığında təşkilatın hərbi infrastruktur obyektlərinə hücum edilib.

 

0.24358296394348