Qərb Rusiyanın hibrid hücumları qarşısında acizdir – “Financial Times”dən şok

 

Qərb hökumətləri Rusiyanın Ukraynanın müttəfiqlərini parçalamaq, Kiyevə hərbi təchizatı dayandırmaq, hibrida savaşlarının qarşısını almaq və Qərbin qətiyyətini sınamaq məqsədi daşıyan təxribat kampaniyasına qarşı çıxmaq üçün bir yol tapa bilmirlər.

Ölkə.Az xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Nəşrin yazdığına görə, əsas problem ondadır ki, Rusiyanın hücumları gözlənilməzdir, müxtəlif formalarda olur və asimmetrik xarakter daşıyır, buna görə də cavab tədbirləri qarşıdurmanın genişlənməsi ilə nəticələnir.

"FT" yazır ki, bu məsələ son vaxtlarda Ukraynanın Qərb müttəfiqlərinin ciddi gündəminə çevrilib.  Rusiyanın hibdir hücumu nəticəsində Böyük Britaniyada Ukrayna ilə bağlı anbarın yandırılması, Almaniyadakı ABŞ hərbi bazalarına qarşı təxribat planı, Avropa dəmir yolu siqnal şəbəkələrini pozmaq cəhdləri və Baltikyanı ölkələrdə mülki aviasiya GPS naviqasiya sistemlərinin tıxanması kimi ciddi problemlər yaşanıb.

Qərb müdafiə məsləhətçilərininin dediyinə görə, Rusiya geniş hibrid müharibə imkanlarına malikdir. Qərb isə o qədər arxada qalıb ki, hibrid müharibənin nə demək olduğu barədə lüğəti belə yoxdur.

Mürtəza
Ölkə.Az

0.15920686721802