14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

 

Rusiyanın paytaxtı Moskvanın Proizvodstvennaya küçəsində bir kişi 14-cü mərtəbədən yıxılıb və sağ qalıb.

Ölkə.az baku.ws-ə istinadən xəbər verir ki, kişi 14-cü mərtəbədən düşərkən aşağıdakı mərtəbədə yerləşən kondisionerin xarici blokunun səbətinə düşüb. Yerli sakinlər onu kondisioner səbətində aşkar ediblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kişini xilas ediblər. Məlum olub ki, kişi sərxoş vəziyyətdə olub və onunla nə baş verdiyini izah edə bilməyib.

0.16696000099182