Siyarto: Aİ liderləri Ukraynadakı uğursuzluğu etiraf etmək istəmirlər

 

Avropa Birliyinin hazırkı liderləri məsuliyyətdən qorxduqları üçün Ukrayna ilə bağlı siyasətlərinin uğursuzluğunu etiraf etmək və kurslarını dəyişmək istəmirlər.

“Report” xəbər verir ki, bu fikri Belarusun ONT telekanalına müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Brüsseldə qərar qəbul edənlərə kənar təzyiq yaradan bir hadisə baş verməsə, onun siyasi yanaşmasının dəyişməsi ehtimalını görmürəm. Nə üçün hazırki Avropa liderləri və ya onların əksəriyyəti indiyə qədər etdiklərinin tam uğursuzluq olduğunu etiraf etmək istəmirlər? Çünki onlar məsuliyyətdən qaçmaq istəyirlər. Çünki Brüsselin Ukraynadakı müharibə ilə bağlı siyasətinin iflasa uğraması fəlsəfi bəyanat deyil, faktdır”, - XİN rəhbəri bildirib.

O, Aİ və NATO liderlərinin Ukraynada münaqişənin kəskinləşməsinə və Rusiya ilə birbaşa toqquşmaya səbəb ola biləcək bəyanatlarının son dərəcə təhlükəli olduğuna diqqət çəkib.

“Avropa qoşunlarının Ukraynaya göndərilməsi, nüvə silahının mümkün istifadəsi, Avropada kişilər və qadınlar da daxil olmaqla mümkün məcburi hərbi xidmətə çağırış sistemi ilə bağlı bəyanatlar tamamilə qorxulu bəyanatlardır. Heç birimiz onların nəticələrini yaşamaq istəməzdik - nə nüvə, nə də Üçüncü Dünya müharibəsi. Heç kim bu yolu keçmək istəməz”.

0.1575870513916