Çexiyada 9-u uşaq olmaqla 18 nəfəri ildırım vurub

 

Çexiyanın şimalında Liberets şəhərində 9-u uşaq olmaqla 18 nəfər ildırım vurması nəticəsində xəsarət alıb.

“Report” xəbər verir ki, bunu Liberets xəstəxanasının mətbuat katibi Vatslav Rziçara deyib.

Onun sözlərinə görə, yaralılar Praqa, Liberets və Yablonets-nad-Nisou (Şimali Çexiya) şəhərlərindəki klinikalarda yerləşdiriliblər.

Onlardan yeddisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə uşaq şənliyi zamanı baş verib.

0.18916416168213