Arayik mənim vasitəmlə Azərbaycanla danışırdı, Moskva isə… – Babayan gizlinləri açdı

 

“Qarabağın ( o, “artsax” deyir)”ın işğaldan azad edilməsi ona görə baş verdi ki, “5-ci kolon” ​​Arkadi Qukasyan, Bako Saakyan, Ruben Vardanyan, David Babayan və başqaları Arayik Arutyunyanın mənim vasitəmlə Azərbaycanla danışıqlar apardığını biləndə təcili Moskvaya – ağalarına bu barədə məlumat verdi. Bundan sonra Moskva Arayik Arutyunyana istefaya getməyi əmr edib”.

Bunu hərbi cinayətkar Samvel Babayan Qarabağ hadisələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Arayik Arutyunyan Azərbaycana Ruben Vardanyanı separatçıların dövlət naziri təyin etməyəcəyinə söz verib, lakin sonradan onu təyin edib və buna cavab olaraq Azərbaycan Laçın yolunu bağlayıb.

“Bu adamlar (separatçıların liderləri) Moskvadakı sahiblərinin onları təhlükəsiz şəkildə “Artsax”dan çıxaracaqlarına əmin idilər, lakin bunu etmədilər”, – deyə Babayan bildirib.(tempinfo.az)

 

0.16201996803284