Ötən il m10 vasitəsilə 81 milyon manatdan yuxarı məbləğdə əməliyyatlar həyata keçirilib.
Demokratikmusavat.com-ın məlumatına görə, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, "PAŞA Bank"ın POS-terminalları vasitəsilə m10 QR-tranzaksiyaların tətbiqi ilə 81 milyon manatdan yuxarı məbləğdə 3,5 milyon əməliyyat icra olunub.
"Azercell" rəqəmsal kartı (akart) istifadəyə buraxıldıqdan sonrakı 3 il ərzində tranzaksiyaların ümumi sayı 500 milyonu ötüb, əməliyyatların məbləği isə 3,2 milyard ABŞ dolları olub", - C. Quliyev əlavə edib.