"Paşa Bank"ın Gürcüstan törəməsi və "Paşa Bank Türkiyə" zərərdən mənfəətə keçib.
Demokratikmusavat.com xəbər verir ki, bank ötən il 1 mln 100 min manat xalis mənfəət əldə edib. 2022- ci ildə isə 1 mln 331 min manan xalis zərərlə üzləşmişdi.
"Paşa Bank Türkiyə" 2022-ci ildəki 11 mln 354 min xalis zərərdən ötən ilin yekununda 11 mln 728 min manat xalis mənfəətə keçib.
Qeyd edək ki, "Paşa Bank"ın "Paşa Bank Gürcüstan"da payı 85,06%, "Paşa Bank Türkiyə"də payı 28,21%-dir.