Cavanşir Məmmədovun 40 mərasimi keçirildi

 

Əməkdar artist, mərhum Cavanşir Məmmədovun bu gün 40 mərasimidir. 

Əməkdar artist Firuzə İbadova Qaynarinfo-ya açıqlamasında yaxın bir dost itirdiyini qeyd edib:

"Mərasim "Təzə Pir" məscidində keçirildi. Ölüm qəfil gələn qonaqdır, hamının qapısını döyə bilər. Aygün Bəylər, Qənirə Paşayeva, Hacı Şahin və s. bunlar qəfil gedib aramızdan. Allah onlara rəhmət eləsin. Yoldaşı, övladları ürəyini soyutmaq üçün ağlayır. Əldən başqa bir şey gəlmir. Cavanşir Məmmədovun oğlu da evlidir, qızı da. Torpağın üzü soyuqdur, ölənlə heç kim ölmür".
 
Firuzə İbadova təəssüf hissi ilə sıralarının azaldığını vurğulayıb:

"Musiqini əsl duyanlar, savadlı adamlar bir-bir gedir. Bizə lazım deyil ki, iki-üç aktava səsi olsun, savadlı, eyni zamanda ürəkli olsunlar. Onlar gedəndən sonra sıralar seyrəlir. Cavanşir müəllim savadlı idi. Heyif ki, belə bir sənət adamını itirdik". 

Qeyd edək ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 4-də dünyasını dəyişib. Müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib. 
 

0.20696687698364