"Paşa Bank"ın maliyyə durumu AÇIQLANDI

 

"Paşa Bank" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

"Ölkə.Az" xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 8 mlrd 622 mln manat təşkil edib. Bu isə 2022-ci ilin yekunu ilə müqayisədə 2,2% çoxdur.

Bankın kredit portfeli 2 mlrd 958 mln manat təşkil edib ki, bu da illik müqayisədə 2,2% çoxdur.

ASC-nin depozit portfeli isə 4,7% azalaraq 6 mlrd 994 mln manata enib.

Bankın məcmu kapitalı 35,7% artaraq 812 mln 767 min manat olub.

Ötən ilin yekununda bankın xalis mənfəəti 3 dəfədən çox artaraq 271 mln 551 min manat təşkil edib.

Banka məxsus kartların sayı isə 28,3% artaraq 854 min 381 ədəd olub.

Könül
Ölkə.Az

0.16988897323608