Azərbaycanda əməkhaqqı dəyişikliyi: əvvəl 345 manat idi, indi isə… – VİDEO

 

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

Əmək Məcəlləsinə görə, hazırda Azərbaycanda minimum əməkhaqqı aylıq müəyyən edilir və bir ay çalışan işçiyə 345 manatdan az maaş vermək olmaz.

Lakin yeni sistemdə hesablama fərqli aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər üzərində çalışır.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, bəzi ölkələr hətta hibrid modellərdən (həm saatlıq, həm minimum əməkhaqqı) istifadə edirlər:

"Nazirlik olaraq qabaqcıl beynəlxalq təcrübəni araşdırırıq, təhlillərin nəticələri nəzərə alınmaqla təkliflər hazırlanacaq və aidiyyəti üzrə təqdim olunacaq".

N.Mirzəyeva onu da əlavə edib ki, saatlıq minimum əməkhaqqının müəyyən edilməsi bir sıra məqsədlərə xidmət edir. Əsas məqsəd isə işçilərin hüquqlarının qorunmasıdır.

İqtisadçı Xalid Kərimli bildirib ki, həftədə 40 saat işləyən və daimi iş yeri olan işçilər üçün heç bir dəyişiklik olmayacaq. Əvvəl bu rəqəm 345 manat müəyyənləşdirilmişdirsə, indi isə həmin məbləğ ayda olan iş saatlarına uyğun olaraq saatlı əməkhaqqına keçəcək. Bu sistem daha çevik bir mexanizmdir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ATV-nin "İqtisadi zona" verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda:

0.21397805213928