İraqın paytaxtı Bağdadda 28 May - Müstəqillik Günü münasibətilə ən hündür binalarından birində Azərbaycan bayrağı proyeksiya edilib.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov "X" hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının milli bayramı, 28 May - Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız işıqlandırılıb. Təşəkkürlər İraq!", - deyə paylaşımda qeyd olunub.
On the occasion of the National Holiday of the Republic of Azerbaijan "May 28 - Independence Day", our national flag is displayed on one of the highest buildings of Baghdad.
— Nasir Mammadov (@nasir_mammadov) May 28, 2024
Thank you Iraq! ?????@Iraqimofa @AzerbaijanMFA pic.twitter.com/IWESBzCgln