Rus hərbçiləri Naxçıvanla sərhəddən də çəkilir

 

Rusiya sərhədçiləri Ermənistan-Naxçıvan sərhədinin Yeraxsı tərk etməyə hazırlaşır. 

Ölkə.Az xəbər verir ki, bunu Yerasx kəndinin inzibati rəhbəri Vardan Levonyan bildirib.

Onun sözlərinə görə, hazırda sərhədçilərin sərhəddən çıxarılması istiqamətində hazırlıq işləri aparılır.

Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryanın bu yaxınlarda verdiyi açıqlamada bildiirb ki, Rusiya sərhədçiləri Basarkeçər, Zəngəzur, Dərələyəz, Tavuş, Ararat bölgələrindən çıxarılacaq.

Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün bəyan edib ki, Rusiya sərhədçilərinin Ermənistanın beş rayonundan çıxarılmasının Bakı və İrəvan arasında qoşunların yerləşdirilməməsinə dair razılaşma çərçivəsində həyata keçirilir.

Onun sözlərinə görə, Rusiya və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçilərinin bir sıra qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar Azərbaycanla həmsərhəd bir sıra rayonlardan çıxarılması müzakirə olunub.

Mürtəza
Ölkə.Az

0.14359188079834