Ceyhun Bayramov Mahmud Özəri qəbul etdi

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 24-də Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkə.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, münasibətlərin əsasında xalqları birləşdirən ortaq dil, tarix, din və milli-mənəvi dəyərlərin dayandığı vurğulanıb.

Nazir Ceyhun Bayramov müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. O, Azərbaycan Türkiyə əməkdaşlığının dünyada bənzəri olmayan münasibətlər olduğunu, hər iki ölkə rəhbərinin siyasi iradəsi nəticəsində hazırda bu əlaqələrin ən yüksək tarixi zirvəyə çatdığını vurğulayıb.

XİN rəhbəri Türkiyənin hər zaman Azərbaycanın yanında olduğu, bütün sahələrdə qarşılıqlı dəstək göstərildiyi qeyd edilərək, Azərbaycanın şanlı qələbəsinin bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb etdiyini ifadə edib.

0.15533590316772