"TikTok" kütləvi ixtisara hazırlaşır

 

"TikTok" bu həftə marketinq və əməliyyat departamentlərində xeyli sayda işçini ixtisar etməyi planlaşdırır. 

Valyuta.az xəbər verir ki, bu barədə "TikTok" şirkətin daxili mənbələrinə istinadən "Information" məlumat yayıb.

"TikTok bu həftə əməliyyatlar və marketinq departamentlərində əhəmiyyətli işçi ixtisarı etməyə hazırlaşır", deyə mənbə bildirib.

Açıqlamaya görə, ixtisarların dəqiq sayı hələ məlum olmasa da, dəyişikliklər marketinq, məzmun və qlobal istifadəçi əməliyyatları ilə məşğul olan minlərlə insanın əhəmiyyətli hissəsinə təsir edəcək. Həmçinin istifadəçilərin qarşılıqlı əlaqəsi və dəstəyinə cavabdeh olan komandanın ləğvi planlaşdırılır.

Qısa videoların yaradılması və izlənilməsi üçün nəzərdə tutulmuş "TikTok" proqramı Çinin "ByteDance" şirkətinə məxsusdur və 2018-ci ildə istifadəyə verilib. "TikTok"un əsas ofisləri Los-Anceles və Sinqapurda yerləşir.

0.1810610294342