Kəndlər Azərbaycana nə vaxt qaytarılacaq? - Tarix açıqladı

 

Azərbaycanlılar iyunun sonunda Kirants kəndinin girişində görünməyə başlayacaq.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Məlumata görə, dünən axşam saatlarında Ermənistanın Tavuş vilayətinin Kirants icma zalında toplantı keçirilib. "Əməkdaşlar bir neçə saat ərzində bir qrup Kirants sakini ilə təzminat məsələlərini müzakirə ediblər", - qəzet yazıb.

Bildirilir ki, Ermənistan hökuməti demarkasiya zamanı evlərini itirən insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir.

"Artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar. Bir aya necə ev tikəcəklərini söyləmək çətindir. Məsələ ondadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib, onlar iyunun 24-dək evlərini boşaltmalıdırlar", - məqalədə qeyd olunur.

Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları mayın 15-də Qazaxın 4 kəndinə dair protokol imzalayıb.

Delimitasiya komissiyalarının birgə press-relizdə bildirilib ki, Protokol sərhəd xəttinin birbaşa Bağanıs - Bağanıs Ayrım, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrimli və Berkaber - Qızılhacılı yaşayış məntəqələri arasında olan hissələrini müəyyən edir. Tərəflər yerdəki geodeziya ölçmələri əsasında koordinatları SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun dəqiqləşdiriblər.

Dəqiqləşdirilmiş yerlərdə sərhəd dirəkləri quraşdırılıb. Bu koordinatlar yuxarıda qeyd olunan 1976-cı il xəritələrindən götürülüb. Beləliklə, bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatdırılıb, razılaşdırılıb, protokol imzalanıb və bu ərazilərdə sərhəd delimitasiya edilmiş sayılır.

© Modern.az

 

0.23384714126587