Ermənistanın Baş Prokurorluğu sabiq müdafiə naziri Vigen Sarkisyanın İrəvan və ABŞ-dakı evlərinin, o cümlədən pulunun müsadirə olunmasını tələb edir.
Ölkə.Az xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı Baş Prokurorluğun növbəti iddia ərizəsini icraata qəbul edib.
“Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi Departamenti məhkəməyə Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan və onunla əlaqəli olan şəxsdən geri alınması tələbini təqdim edib:
- İrəvanın mərkəzindəki mülk, bu mümkün deyilsə, o zaman orta bazar dəyəri 500 min ABŞ dolları (181 milyon 125 min dram) vəsaitin ödənilməsi;
- ABŞ-ın Massaçusets ştatında yaşayış ərazisi və bu qeyri-mümkün olduğu halda 2 milyon 50 min ABŞ dollar (940 milyon 909 min dram) dəyərində olan əmlakın pulunun ödənilməsi tələb olunur.
670 min dollar həcmində qeyri-qanuni vəsaitin qalığının, o cümlədən 450 min dollar qeyri-qanuni mənşəli maliyyə vəsaitinin müsadirəsi tələb olunur.
Mürtəza
Ölkə.Az