Rusiya aşağı Yer orbitinə kosmik silah yerləşdirib – Pentaqondan açıqlama

 

Rusiya mayın 16-da kosmosa peyk buraxıb. Ehtimal edilir ki, bu, digər aşağı Yer orbitində yerləşən peyklərə hücum edə biləcək kosmik silahdır.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Pentaqonun mətbuat katibi Pat Rayder bildirib.

Pentaqon sözçüsü bunun ABŞ peykləri üçün təhlükə olub-olmaması ilə bağlı açıqlasma verib. Onun ABŞ peykləri ilə eyni orbitdə yerləşən peyk əleyhinə silah olduğunu vurğulayıb: “Şübhəsiz ki, biz bu obyekti izləyəcəyik”.

“Reuters” xəbər agentliyi izah edir ki, sözügedən cihaz “Rusiya Kosmos 2576” peykidir və Pentaqonun 2019 və 2022-ci illərdə orbitə buraxdığı peyklərə bənzəyir. Onun kosmos silahı olduğunu müəyyən edilib. Bu peyklərdən biri uzun müddət ABŞ kəşfiyyat peykini izləyib. Analitiklərin fikrincə, yeni Rusiya peyki ABŞ kəşfiyyat peyki USA-314 ilə eyni orbitə çıxarılıb və yəqin ki, gələcəkdə Amerika peykinə yaxınlaşacaq.

Son həftələrdə BMT-də kosmosa silah yerləşdirilməsi məsələsi Rusiya ilə ABŞ arasında qarşıdurmaya səbəb olub. Aprel ayında Rusiya BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-nün dəstəklədiyi və kosmosda silahlanma yarışının qarşısının alınmasını tələb edən qətnamə layihəsinə veto qoyub. Ötən həftə isə Təhlükəsizlik Şurası Rusiyanın təklif etdiyi qətnamə layihəsini rədd edib. ABŞ-nin BMT-dəki nümayəndəsi bildirib ki, Rusiyanın layihəsi kosmosda nüvə silahının yerləşdirilməsini qadağan edən Kosmos Müqaviləsi ilə müəyyən edilmiş prinsiplərə uyğun deyil.

 

0.15955305099487