ABŞ-ın ilk qaradərili astronavtı 90 yaşında kosmosa uçdu

 

ABŞ-ın ilk qaradərili astronavt namizədi Ed Duayt 60 ildən çox keçməsinə baxmayaraq, nəhayət kosmosa uçub.

"Ölkə.az" xəbər verir ki, “Blue Origin” kosmik araşdırma şirkətinin “New Shepard” raketi altı nəfəri Karman xəttinə (atmosferin bitdiyi və Yer səthindən 62 mil yüksəklikdə kosmosun başladığı sərhəd - red.) aparıb.

ABŞ-ın keçmiş prezidenti Con Kennedi Duaytı 1961-ci ildə astronavt namizədi kimi seçib. Lakin o, heç vaxt NASA-nın astronavt hazırlığı proqramına qəbul olunmayıb və kosmosa getməyib.

Bu buraxılışla artıq 7-ci dəfədir ki, “Blue Origin” şirkəti turistləri kosmosa aparır.(Publika.az)

0.15741610527039