Rəisinin yeri uğrunda mübarizə: iki əsas sima

 

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də baş tutacaq, mayın 28-də isə namizədlərin irəli sürülməsinə başlanacaq.

Namizədlər baxımından ən çox tirajlanan ad, həm də qalib gəlməyə əsas namizəd parlamentin sədri Məhəmməd Bağır Qalibafdır. Əslində o, İranın Ali Rəhbəri Əli Xameneyinin çevrəsinin nümayəndəsi hesab olunur, çünki İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi var. O, İran-İraq müharibəsində korpus komandirlərindən biri olub, sonra korpusun hava qüvvələrinə rəhbərlik edib.

O, Tehranın meri olub və iki dəfə prezident seçkilərində iştirak edib, lakin 2005-ci ildə Mahmud Əhmədinejada, 2013-cü ildə isə Həsən Ruhaniyə uduzub. Təbii olaraq İranın siyasi sistemi kifayət qədər çoxşaxəlidir, sözsüz ki, prezidentliyə başqa namizədlər də olacaq və təbii olaraq hakimiyyətin müxtəlif qolları növbədənkənar prezident seçkiləri şəraitindən istifadə edərək, öz təsirlərini gücləndirməyə çalışacaqlar.

Prezident İbrahim Rəisi Xameneyinin dəstəyini alan bir sima hesab olunurdu. Üstəlik, Xameneyinin vəfat edəcəyi təqdirdə məhz Rəisinin onun yerinə əsas namizəd ola biləcəyinə inanılırdı. Bir sözlə, hadisə nəticəsində İran seçkiqabağı mərhələyə qədəm qoyur.

Bir neçə xarici media resursunda İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Müxbir (Mohəmməd Moxber Dezfuli) barədə geniş bioqrafik yazılar dərc olunub.

Bu barədə danışmaq tez olsa da, rəsmi Tehranın hazırkı böhranı mümkün qədər ağrısız adlamaq istəyi hiss olunur.

Seçkilərin 50 gündən qısa müddətə keçirilməsi təklifi də bir növ, buna sübutdur (təxmini 38 gün).

Analitiklərin fikrincə, Nəzarətçilər Şurası tərəfindən uzağı 2, yaxud 3 namizəd seçkiyə buraxılacaq.

Məhəmməd Müxbir bu gün həm Rusiya prezidenti Vladimir Putin, həm də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon ünsiyyətində olub

O, hazırkı siyasi kursun davamı və varis yarışmasına iddialı olmayan bir şəxsdir. Həm də “dərin dövlət”in üzvü.

Hələlik ən real namizədlər arasında bu iki şəxsin adı çəkilir.(tempinfo.az)

0.18281984329224