Rusiya və müsəlman ölkələri birlikdə “demokratik çoxqütblü dünya nizamının formalaşması”nın tərəfdarıdırlar.
Ölkə.az xəbər verir ki, bu fikir Rusiya prezidenti Vladimir Putinin “Rusiya-İslam dünyası” strateji baxış qrupunun Kazanda keçirilən iclas iştirakçılarına ünvanaldığı müraciətdə deyilir.
Putin Moskvanın müsəlman ölkələri ilə ənənəvi dostluq əlaqələrini yüksək qiymətləndirib: "Biz onların müstəqil xarici siyasət yeritmək və beynəlxalq məsələlərdə rolunu artırmaq istəyini yüksək qiymətləndiririk".
Prezident qeyd edib ki, Rusiya müsəlman ölkələri ilə bütün sahələrdə, o cümlədən ticarət və investisiyalardan tutmuş idman və turizmə qədər qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə sadiqdir.
Putinin sözlərinə görə, Rusiya və müsəlman dünyası ölkələrinin dayandığı dünya nizamı “hər hansı formada diktə və ayrı-seçkilikdən azad qanunun aliliyinə və ədalət prinsiplərinə” əsaslanır.