Rusiya sanksiyalardan yayınır, Türkiyə kömək edir - “Politico” 

 

Rusiya Federasiyası Avropa İttifaqının anti-Rusiya sanksiyalarından yan keçərək Türkiyə vasitəsilə Aİ-yə neft tədarük edir.

Ölkə.Az xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.

Qeyd olunur ki, 2023-cü ilin mayında Türkiyəyə məxsus olan Rusiya nefti daşıyan tanker Türkiyənin Ceyhan limanından Yunanıstana yola düşüb.

Bu sxem qeyri-rus kimi etiketləndiyi təqdirdə “qarışıq” yanacağın Aİ-yə idxalına imkan verən anti-Rusiya sanksiyalarında müvəqqəti həll yolu sayəsində mümkün olub.

Bildirilib ki, Aİ 2023-cü ilin fevralında Rusiya yanacağına qadağa tətbiq etdikdən sonra bu sxem Moskvaya ildə 3 milyard avroya çatırdı.

0.36610794067383