Məşhur iranlı rejissor ölkədən qaçdı

 

İranlı rejissor Məhəmməd Rəsulof ölkəsini tərk edib.

Axşam.az xəbər verir ki, buna səbəb rejissorun son filmini gizli çəkməsi olub. O, buna görə həbs cəzasına məhkum edilib.

Məhəmməd Avropaya qaçsa da qaldığı ölkənin adını dəqiq açıqlamayıb. Bundan başqa, onun "Müqəddəs əncir toxumu" adlı filmi bu həftə "Kaan" film festivalında da təqdim olunacaq.

Rejissor sosial media hesabında İran hökumətini pisləyib, rejimin qəddar və zalım olduğunu bildirib. O, hazırda təhlükəsiz yerdə olduğunu vurğulayıb.

Qeyd edək ki, Məhəmməd İranın ən məşhur rejissorlarından biridir və onun filmlərinin izlənilməsi ölkədə qadağandır. 2011-ci ildə senzura məzmunlu “Əlvida” filminə görə "Kann"da iki mükafat qazandıqdan sonra o, iranlı rejissor Cəfər Pənahi ilə birlikdə rejim əleyhinə təbliğatda ittiham olunaraq 6 il müddətinə həbsə və 20 il müddətinə film istehsalına qadağaya məhkum olunmuşdu. Daha sonra rejissor zaminə buraxılmışdı. 2017-ci ildə İran hakimiyyəti ölkədəki korrupsiya və ədalətsizlikdən bəhs edən “Dürüst adam” filminin nümayiş olunduğu "Telluride Film Festivalı"ndan qayıdan Məhəmmədin pasportunu müsadirə etmişdi.

İran hakimiyyəti Məhəmmədin 2020-ci ildə "Berlin Film Festivalı"nda iştirakına icazə verməyib. Rejissorun qızı Baran Rəsulof İranda edam cəzasının fəsadlarından bəhs edən “Şər yoxdur” filmindəki roluna görə “Qızıl ayı” mükafatını alıb.

0.2248101234436