Güllənən Baş naziri o əvəz edə bilər

 

Sui-qəsd nəticəsində yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonu müvəqqəti olaraq onun müavinlərindən biri əvəz edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Dennik N” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda Slovakiya hökumətində baş nazirin dörd müavini var. Qeyd olunur ki, baş nazirin səlahiyyətlərini müdafiə naziri Robert Kalinyak üzərinə götürə bilər, çünki həm o, həm də Fitso “Smer” partiyasına mənsubdur.

0.28289198875427