OPEC qlobal neft tələbatı artımı səviyyəsini açıqladı

 

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ildə qlobal neft tələbatının artım proqnozunu növbəti dəfə gündəlik 2,2 milyon barel, yəni 104,46 milyon barel səviyyəsində saxlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə təşkilatın may ayı hesabatında qeyd olunub.

Hesabata görə, OPEC martda olduğu kimi, 2023-cü ildəki 102,21 milyon bareldən sonra 2024-cü ildə də qlobal neft tələbinin sutkada 104,46 milyon barel olacağını gözləyir. Təşkilat hesab edir ki, bu artım İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrdə hava nəqliyyatı və sənaye fəaliyyətinə, eləcə də tikinti və kənd təsərrüfatı fəaliyyətinə artan tələbatdan irəli gəlir.

OPEC 2025-ci ildə qlobal neft tələbi artımının gündəlik 1,8 milyon barel səviyyəsində qalacağını gözləyir. OECD ölkələrində 0,1 milyon barel, OECD-yə daxil olmayan ölkələrdə isə neftə tələbatın 1,7 milyon barel artacağı gözlənilir.

0.22052097320557