Son 53 ilin ən isti apreli qeydə alındı

 

Türkiyədə aprel ayında orta hava istiliyi son 53 ilin ən yüksək temperaturu olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

Onun sözlərinə görə, aprel ayında Türkiyədə havanın orta temperaturu 16,6 dərəcə Selsi olub ki, bu da normadan 4,3 dərəcə yüksəkdir.

Eyni zamanda, ən yüksək orta temperatur Şanlıurfa vilayətində qeydə alınıb – 38,9 dərəcə.

 

0.28656983375549