Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb

 

Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Perunun yerli KİV-i səhiyyə departamenti məlumat yayıb.

Hadisə ölkənin Ayakuço bölgəsində qeydə alınıb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb.

RPP radiostansiyasının məlumatına görə, avtobus idarəetməni itirərək yoldan çıxıb, yamacdan aşağı düşüb və bir neçə dəfə aşıb.

Ümumilikdə avtobusda 34 sərnişin olub. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

 

 

 

0.1589138507843