Jirunun yeni klubu rəsmən açıqlandı

 

Fransa millisinin və İtaliya təmsilçisi “Milan”ın hücumçusu Olivye Jirunun yeni klubu rəsmən bəlli olub.

"Ölkə.az" xəbər verir ki, 37 yaşlı oyunçu ABŞ-nin “Los-Anceles” kollektivi ilə 2025-ci ilə qədər müqavilə bağlayıb.

Bu barədə klubun "X" səhifəsi məlumat yayıb.

O, yeni komandasına azad agent kimi transfer olunub..

Qeyd edək ki, cari mövsüm 45 matçda meydana çıxan O.Jiru 16 qol vurub, 9 məhsuldar ötürmə edib.

0.14468693733215