Son 10 ildə bu məhsulun xaricdən alışı 17 dəfə artıb

 

Cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 141 min 808 ton miqdarında meyvə-tərəvəz alıb.

Valyuta.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 99 milyon 275 min ABŞ dolları olub. Bu, on il əvvəlin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 133 min 324 ton (16,7 dəfə), dəyər ifadəsi ilə 91 milyon 960 min ABŞ dolları (13,6 dəfə) çoxdur. 2014-cü ilin birinci rübündə Azərbaycan xaricdən 8 min 484 ton miqdarında, 7 milyon 315 min ABŞ dolları dəyərində meyvə-tərəvəz alıb.

Qeyd edək ki, bu ilin birinci rübündə idxal olunan meyvə-tərəvəz ümumi idxalın 2,67 faizini təşkil edib.

0.19487881660461