Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI

 

Rusiya Avropanı vurmaq üçün uyğun anı gözləyir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Avropanın xüsusi xidmət orqanlarından biri Rusiyanın 2025-ci ilin qışında Avropaya hücum edə biləcəyini irəli sürür.

Kəşfiyyat xidmətinin məlumatına görə, Rusiyanın mümkün təcavüzü ABŞ-ın daimi lidersiz qaldığı bir vaxtda baş verə bilər və siyasi dəyişikliklərə görə Amerikanın Avropa ölkələrinə yardımı gecikə bilər.

Söhbət ABŞ-ın hazırkı prezidentinin 2024-cü il noyabrın əvvəlində getməsi ilə onun potensial varisinin 2025-ci ilin yanvarında vəzifəyə gəlməsi arasındakı vaxt intervalından gedir.

Kəşfiyyat rəsmiləri hesab edirlər ki, Rusiya hakimiyyəti keçmiş prezident Donald Trampın mümkün qayıdışına arxalana bilər, çünki onun hakimiyyəti dövründə “hər şey ola bilər”.

Bu mümkün təhlükələr fonunda Almaniya kimi Avropa dövlətləri artıq öz müdafiələrini gücləndirmək üçün fəal addımlar atırlar. Almaniyanın müdafiə naziri Boris Pistorius müdafiə hazırlıqlarının gücləndirilməsinin vacibliyini vurğulayıb. Bundesver briqadasının NATO-nun şərq cinahında, Rusiya sərhədinə yaxın yerdə yerləşdirilməsi planları ciddi təhlükə qavrayışından xəbər verir.

Polşa Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Yaçek Severa şərq cinahda yerləşən NATO ölkələrinin Rusiya ilə mümkün qarşıdurmaya hazır olmasının vacibliyini vurğulayıb. Bu baxımdan alyans ölkələri arasında hərbi hazırlığın və əməkdaşlığın fəal şəkildə gücləndirilməsi olacaq.

0.21093106269836